
Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub.