Aynanın gözləri görmür və onun dünya işığına gözlərini sevdiyi və Tanrı qədər güvəndiyi İskəndər əvəz edir. Amma İsgəndər dəyişkəndir: gah Aynanı hədsiz sevgi ilə, qayğı ilə əhatələyir, gah da qəddarlaşır. Tərəddüd içində qalan Aynanı, kənar səslər, danışıqlar da rahat buraxmır, hansıları ki, İskəndər danır, qətiyyən qəbul etmir. Bir gün İskəndər yox olur və bu zaman, tamamilə tək qalan Ayna əsl həqiqətlə üz-üzə gəlir...