Cavan prokuror işdən çıxarılır. Onun yerinə nisbətən daha yaşlı bir prokuror təyin olunur. Amma bu prokurorun ipi cinayətkar qrupların əlindədir. İş o yerə çatır ki, işdən çıxarılan Mehman onun yerinə keçən prokuror Ömürün ailəsini qorumalı olur.
Filmin çəkilişləri Pirşağı, Novxanı, Goradil və şəhərin mərkəzində aparılıb.