
Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır. Film Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunub. Filmin çəkilişləri Türkiyə, Gürcüstan, Şəki, Bakı, Gəncə və Goranboyda aparılıb
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.