Milli kinomuzu bir araya gətiririk

«Kinobox» Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi «Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi» — «Yaradıcı»nın, Azərbaycan Respublikası Kino Agentliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə yaradılmış, Azərbaycan filmlərini bir araya gətirən unikal və müasir rəqəmsal platformadır. Keçmişin klassik filmlərindən tutmuş, yeni yaradılan və çəkilməkdə olan əsərlərə qədər bütün milli kinematoqrafiya irsimizi bir yerdə toplamağı hədəfləyirik.

01

Klassikadan bu günə

Keçmişin klassik filmlərindən yeni yaradılan və çəkilməkdə olan əsərlərə qədər — milli kinematoqrafiya irsimiz bir yerdə.

02

Sənayeyə dəstək

İstedadlı rejissorları və ssenaristləri tanıtmaq, tamaşaçılarla yaradıcılar arasında körpü qurmaq.

03

Dünyaya açılan pəncərə

Azərbaycan filmlərini qlobal səviyyədə tanıtmaq və layiqincə dəyərləndirmək.

Missiyamız

Layihəmiz yalnız filmlərin yayımını təmin etmək üçün deyil, həm də yerli kino sənayesinə dəstək olmaq, istedadlı rejissorları və ssenaristləri tanıtmaq, tamaşaçılarla yaradıcılar arasında körpü qurmaq üçün bir vasitədir. Biz Azərbaycan kinematoqrafiyasının qlobal səviyyədə tanınması və dəyərləndirilməsi üçün yeni bir səhifə açmağı, Azərbaycan filmlərini dünya miqyasında tanıtmağı qarşıya məqsəd qoymuşuq.

Platformamızın əsas məqsədi hər bir istifadəçiyə yüksək keyfiyyətli film məzmunu təqdim etmək və yerli filmlərə olan marağı artırmaqla Azərbaycan kino sənayesinin yeni inkişaf mərhələsinə keçidinə töhfə verməkdir.

Biz yalnız bir platforma deyilik — biz mədəniyyətimizi qorumaq və gələcəyə daşımaq üçün çalışan bir icmayıq.

Dəstəkçilərimiz

Kinobox aşağıdakı qurumların dəstəyi ilə yaradılıb:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
«Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi» — «Yaradıcı»
Azərbaycan Respublikası Kino Agentliyi
Azərbaycan Kinematoqrafçılar İttifaqı