KİNOBOX İSTİFADƏÇİ ŞƏRTLƏRİ
Son yenilənmə tarixi: 13.12.2025
1Ümumi müddəalar
1.1. Bu sənəd Kinobox platformasının (bundan sonra «Platforma») istifadə qaydalarını tənzimləyir.
1.2. Platformadan istifadə etməklə Siz bu şərtlərlə tam razılaşmış hesab edilirsiniz.
1.3. Platforma istənilən vaxt bu şərtləri dəyişmək, yeniləmək və ya ləğv etmək hüququna malikdir. Dəyişikliklər vebsaytda yerləşdirildiyi andan qüvvəyə minir.
2Qeydiyyat və hesab
2.1. Platformaya daxil olmaq üçün qeydiyyat tələb olunur. İstifadəçi qeydiyyat zamanı düzgün və aktual məlumat təqdim etməlidir.
2.2. İstifadəçi yalnız bir şəxsi hesab yarada bilər. Hesab paylaşımı, şifrə ötürülməsi və ya üçüncü şəxslərin adından giriş qadağandır.
2.3. Bir hesab maksimum 3 cihazda aktiv ola bilər.
2.4. Hesabın kommersiya məqsədli istifadəsi, icarəyə verilməsi və ya satılması qadağandır.
2.5. Platforma hesabdan istifadə zamanı şübhəli fəaliyyət aşkar etdikdə və ya istifadəçinin bu şərtləri pozduğuna dair əsaslı şübhələr, məlumatlar olduqda, həmin hesabı xəbərdarlıq etmədən və ödənişi geri qaytarmadan deaktiv etmək hüququna malikdir. Bu tədbir, Platformanın təhlükəsizlik və hüquqi öhdəliklərini təmin etmək məqsədi daşıyır.
2.6. İstifadəçi hesab məlumatlarının təhlükəsizliyinə görə tam məsuliyyət daşıyır.
2.7. Platformada təqdim olunan məzmun müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulub. Uşaqlar yalnız yaşlarına uyğun kontenti valideyn və ya qanuni nümayəndənin nəzarəti ilə izləməlidirlər. Valideynlər bu baxımdan məsuliyyət daşıyırlar.
3Abunəlik və ödənişlər
3.1. Aşağıdakı abunə modelləri mövcuddur:
- Basic Plan — 4.9 AZN/ay (kampaniya qiyməti), adi qiymət 6.90 AZN;
- Premium Plan — 9.9 AZN/ay (kampaniya qiyməti), adi qiymət 12.90 AZN;
- Tək Baxış (Pay-per-view) — seçilmiş filmləri fərdi qaydada izləmək imkanı, 3 AZN-dən başlayan qiymətlərlə.
3.2. Bütün ödənişlər Visa, Mastercard və digər beynəlxalq sertifikatlı sistemlərlə həyata keçirilir.
3.3. Abunəlik avtomatik olaraq yenilənir və istifadəçi növbəti dövr başlamamışdan ləğv etməzsə, ödəniş kartından tutula bilər.
3.4. Platforma qiymətləri və abunə şərtlərini istənilən vaxt dəyişmək hüququnu saxlayır.
4İstifadə qaydaları və qadağalar
4.1. Bütün kontent yalnız şəxsi, qeyri-kommersiya məqsədilə istifadəyə verilir.
4.2. Kontentin yüklənməsi, kopyalanması, arxivləşdirilməsi, ictimai nümayişi, yayımı, screenshot və ya ekran yazısı ilə qeydə alınması qəti qadağandır.
4.3. VPN və ya digər texniki üsullarla regional məhdudiyyətləri keçmək, DRM sistemlərini sındırmaq və kontenti üçüncü tərəflərlə paylaşmaq qadağandır.
4.4. Bu qaydaların pozulması halında istifadəçinin hesabı bloklanacaq və müvafiq qanunvericiliklə hüquqi tədbirlər görülə bilər.
5Ləğv və geri qaytarma siyasəti
5.1. İstifadəçi abunəliyini istənilən vaxt ləğv edə bilər.
5.2. Ləğv halında, ödənilmiş cari dövrün qalan hissəsi üçün vəsait geri qaytarılmır.
5.3. Platforma, texniki səbəblərdən xidmətin müvəqqəti əlçatmaz olduğu hallarda, öz qərarına əsasən istifadəçiyə əlavə baxış imkanı və ya bonus təqdim edə bilər. Bu cür kompensasiya yalnız könüllü xarakter daşıyır və heç bir maddi və ya hüquqi öhdəlik yaratmır. Platforma bu hallarda istifadəçiyə pulun geri qaytarılmasına və ya hər hansı maddi əvəz təqdim edilməsinə görə məsuliyyət daşımır. İstifadəçi bu şərti əvvəlcədən qəbul edir.
6İstifadəçinin məsuliyyəti
6.1. İstifadəçi Azərbaycan qanunvericiliyinə və etik normalara əməl etməyə borcludur.
6.2. İstifadəçi hesabından edilən bütün əməliyyatlara görə məsuliyyət daşıyır.
6.3. Şifrə paylaşımı, başqasının hesabından giriş, kontentin qeyri-qanuni istifadəsi, təhqiramiz şərhlər, zorakılıq, nifrət və diskriminasiya ifadələri qadağandır.
6.4. Bu davranışlar aşkar edildikdə, Platforma hesabı xəbərdarlıq etmədən bloklaya və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
7Məsuliyyətin məhdudlaşdırılması
7.1. Platforma xidməti texniki və hüquqi imkanlar daxilində təqdim edir və xidmətin fasiləsiz, səhvsiz və ya bütün istifadəçilərin gözləntilərinə uyğun olacağına dair hər hansı zəmanət verilmir.
7.2. Texniki səbəblər, tərəfdaş sistemlərdə baş verən nasazlıqlar, internet bağlantısı problemləri və ya lisenziya öhdəlikləri səbəbindən yaranan fasilələr hallarında Platforma məsuliyyət daşımır, lakin xidmətin bərpası üçün maksimum səy göstərir.
7.3. Kontentin mövcudluğu və davamlılığı lisenziyalar, tərəfdaş müqavilələri və hüquqi məhdudiyyətlər səbəbilə dəyişə bilər.
7.4. Platforma heç bir halda dolayı zərər, mənəvi narahatlıq və ya potensial gəlir itkisinə görə məsuliyyət daşımır. İstifadəçi bu sənədi qəbul etməklə belə hallarda hər hansı hüquqi iddia irəli sürməyəcəyini təsdiqləyir.