
30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966–1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R. İsmayılov bir neçə kitabin da tərtibatçı — rəssamıdır. 30 aprel 2025-ci ildə vəfat edib.