
Məlahət Abbasova hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib. 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilib. Abbasova 2019-cu ildən etibarən Türkiyədə "Kanal 7"də yayımlanan "Yemin" serialında Münəvvər xarakterini canlandırdı.