ONLAYN ÖDƏNİŞ XİDMƏTİ HAQQINDA ŞƏRTLƏR
Bu şərtləri diqqətlə oxuyun. Bu şərtlər ödənişlərin onlayn ödəniş platformasında ödənişlərin edilməsi və ya onların ödəyicidən qəbul edilməsi ilə bağlı platformanın istifadə şərtləridir. Ona görə də ödənişləri etməzdən və ya qəbul etməzdən əvvəl bu şərtləri qəbul etməyiniz xahiş olunur.
Bu şərtlər Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur. Sizdən bu şərtləri gələcək istinadlar üçün çap etməyinizi və saxlamağınızı xahiş edirik. Əks halda həmin şərtləri imzaladığınız halda sonradan saytımızda tapmaya bilərsiniz.
Bu şərtlər (bundan sonra «Şərtlər») sizinlə (bundan sonra «siz», «Siz», «istifadəçi», «İstifadəçi» və ya «Müştəri» adlanırsınız) və Bizim – Bundan sonra («biz», «platforma», «kinobox.az» adlandırılan) aramızda bağlanır.
1Predmet
1.1. Biz Müştərilərə ödəniş etmək və ödənişləri qəbul etmək üçün onlayn ödəniş vasitəsi (unitedpayment.az) təqdim edirik.
1.2. Bu ödəniş vasitəsini istifadə edərək, siz bizim platformamızın müəyyən bank hesabına ödəniş edə bilərsiniz.
2Ödəniş sistemindən istifadə qaydası
2.1. Ödəniş sistemi bu Şərtlərdə göstərilən şərtlər və məhdudiyyətlər daxilində sizə sistemdən istifadə üçün məhdud, qeyri-eksklüziv, özgəninkiləşdirilməz və ləğv edilə bilən icazə verir.
2.2. Ödəniş sistemindən istifadə etmək üçün siz platformada qeydiyyatdan keçməli, kart hesab nömrənizi və şifrənizi daxil edərək ödəniş etməlisiniz.
2.3. Siz dəqiq və dolğun məlumat təqdim etməli və məlumatın dəqiq və dolğun olması üçün hesab məlumatlarını zəruri olduqca yeniləməlisiniz. Platforma sizin Fəaliyyətinizi öz adından nümayiş etdirmir və Saytdakı hər hansı bir istifadəçi məzmununu təsdiqləmir.
2.4. Müştəriyə qadağandır:
- a) başqasını təqlid etmək;
- b) kimisə təhqir edə biləcək və ya hər hansı bir şəxsin hüquqlarını pozan istifadəçi adı seçmək;
- c) digər insanların və ya şirkətlərin hüquqlarını pozan, qanunu pozan və ya hər hansı bir tərəfə aid ola biləcək hər hansı bir müqavilə və ya qanuni vəzifəni pozan hər hansı bir hərəkət etmək;
- d) tələb olunmayan və ya icazəsiz reklam və ya tanıtma materialı və ya arzuolunmaz poçt, spam və ya zəncir məktubları yaymaq; poçt siyahılarını, siyahıları və ya Platforma vasitəsilə hər hansı bir avtomatik cavablandırma və ya spam göndərmək;
- e) Platformanın və Xidmətlərin təhlükəsizliyini təmin etmək üçün Platformanın tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya digər Platforma, İstifadəçi məlumatları və ya Xidmətlərə icazəsiz giriş əldə etmək üçün cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün revers mühəndis və ya digər yolla Xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə Platformanın hər hansı bir hissəsində icazəsiz gəzmək;
- g) Qüvvədə olan qanunvericilik üzrə korrupsiyaya qarşı tələbləri pozmaqla, hökümət orqanının vəzifəli şəxsinə və ya işçisinə və ya dövlət orqanının nəzarəti altında olan hər hansı bir şəxsə və ya hər hansı bir siyasi partiyaya, siyasi partiyanın vəzifəli şəxsinə və ya rəsmi şəxs qismində çıxış edən hər hansı digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Fəaliyyətiniz haqqında məlumatlara hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya bizim Xidmətlərimizdən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək;
2.6. Əgər Müştəri hesabından icazəsiz istifadədən şübhələnirsə və ya aşkar edərsə, dərhal kinobox.az-a məlumat verməlidir.
2.7. Kinobox.az hər hansı bir məlumat itkisinə görə məsuliyyət daşımır.
2.8. Kinobox.az Şərtləri pozan İstifadəçi məzmununu öz istəyi ilə silə bilər. İstifadəçi məzmununu silmək və ya hesabı ləğv etmək, kinobox.az-ın araşdırılmadan həyata keçirdiyi tədbir deyil və İstifadəçi məzmununun və ya hesabın silinməsinin araşdırılması və müəyyənləşdirilməsi bir qədər vaxt tələb edə bilər. İstifadəçi məzmununun silinməsi ilə bağlı səbəbləri, o cümlədən hər hansı bir Fəaliyyətinizin ləğv edilməsini müzakirə edib-etməmək müstəsna olaraq kinobox.az-ın ixtiyarındadır.
3Müştərinin Platformadakı Fəaliyyəti
3.1. Müvafiq Ərizə formasının təqdim edilməsindən sonra Satışın heç bir şərti dəyişdirilə bilməz. İstisna olaraq kinobox.az Müştərinin bu haqda müraciətini diqqətlə nəzərdən keçirərək buna icazə verə bilər.
4Ödənişlər
4.1. Konteksdən digər halın irəli gəlməsi istisna olmaqla, kontnetlərin qiyməti üzrə bütün ödənişlər ƏDV daxil məbləğlərdən ibarətdir.
4.2. Ödənişlər Ərizə formasında göstərilən təlimata uyğun olaraq Visa, MasterCard kredit və ya debet kartı ilə ödənilməlidir, Platforma tərəfindən vaxtaşırı digər ödəniş formaları da təklif edilə bilər.
5Zəmanətlər
7.1. Müştəri kinobox.az-a zəmanət verir ki, onun Fəaliyyətinə daxil ola bilən Əqli mülkiyyət üzrə qanuni hüquq və səlahiyyətə malikdir.
7.2. Müştəri həmçinin kinobox.az-a zəmanət verir ki:
- a) Şərtlər çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir;
- b) Şərtlər üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir; və
- c) Satıcı fiziki şəxsdirsə, o, (i) Azərbaycan Respublikasının vətəndaşıdır, yaxud bu ölkədə daimi yaşayış icazəsi vardır, (ii) 18 yaşı tamam olmuşdur;
- d) Satıcı Ödənişlərin edilməsi üçün təqdim etdiyi hesab nömrəsinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı hesabı olmasına təminat verir və kinobox.az buna görə məsuliyyət daşımır.
8Anlayışlar
Bu Şərtlərnin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
«Şərtlər» dedikdə, Müştəri və kinobox.az arasında razılaşdırılan şərtlərdən və bu şərtlərə sonradan vaxtaşırı olaraq edilən bütün dəyişikliklərdən ibarət olan əqd başa düşülür;
«Ödəniş» dedikdə, bu Platformanın istifadəçilərinin Platformadan istifadə edərək audio-vizual kontentlər üçün etdikləri ödənişlər başa düşülür.