
1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib. Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb. 2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. 2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar