
İnsanlığın yaranmasından bəri inkişaf daim davam edən bir proses olmuşdur. Bu proses həm insan şüurunun inkişafı, həm də insan həyatında baş verən dəyişikliklərin nəticəsi kimi meydana gəlmişdir. İnsanların şüurundakı inkişaf onların həyatına böyük təsir göstərmişdir. Alimlərin fikrincə, biosferin formalaşmasından əvvəl dünya beş dəfə məhvolma (yoxolma) mərhələsindən keçmişdir. Onların düşüncəsinə görə, altıncı məhvolma mərhələsi insanların öz fəaliyyəti nəticəsində baş verir. Bu, atmosferin çirklənməsindən tutmuş dəniz və okeanların zibillənməsinə qədər hər şeyi əhatə edir. Bu sənədli film həmin məsələyə qısa şəkildə toxunacaq.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.