
Əsədullayeva Leyla Mövludşah qızı Bakı şəhərində anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2020-ci ildə Universiteti yüksək nəticə göstərərək başa vurub.Yaradıcı sahədəki uğurlarına görə 2017-ci ildə Mədəniyyət nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə təsis etdiyi 1 illik Prezident mükafatına layiq görülüb. 2020-ci ildəki uğurlu yaradıcı fəaliyyətinə görə isə Gənclər və İdman nazirliyi tərəfindən "İlin Gənci" mükafatına layiq görülərək, diplom və pul mükafatları ilə mükafatlandırılıb.