
Rus mafiyozu Yurinin sağ əli olan Nikolay, ona xəyanət edərək əfsanəvi “Şərqin ürəyi” adlı almazın xəritəsini oğurlayır və İstanbula qaçır. Xəritə həm sərvət, həm də təhlükə deməkdir. Yuri dərhal adamlarını Nikolayın ardınca göndərir. İstanbulun Kuzey meşəsində başlayan qaçdı-tutdu gözlənilməz bir dönüş alır: xəritə təsadüfən üç başıpozuq, amma şanslı türk gəncin — Dərya, Tayfun və Sedatın əlinə keçir. Xəritənin xəzinə xəritəsi olduğunu anlamayan üçlük, məsələni çözmək üçün İstanbulda yaşayan azərbaycanlı bir professorun yanına gedir. Professorun araşdırması nəticəsində məlum olur ki, dünyaca məşhur “Şərqin ürəyi” almazı Azərbaycanın qədim şəhəri Şəkidə gizlədilib. Üçlük böyük sərvət xəyalı ilə Şəkiyə doğru yola çıxır, amma peşəkar ovçular da onların izindədir. Bir tərəfdən Yurinin amansız adamları, digər tərəfdən isə fürsəti əldən vermək istəməyən azərbaycanlı mafiyoz Rüstəm öz dəstəsi ilə Şəkiyə gəlir. Şəkinin tarixi küçələri, karvansaraları və dağ yolları qaçışlar, səhvlər, qarışıqlıqlar və gülməli qarşıdurmalarla dolur. Fərqli mədəniyyətlərdən gələn bu rəngarəng personajlar üçün hər şey bir almaz, bir xəritə və saysız yanlış anlaşılma üzərində cərəyan edir. Komediya ilə aksiyonun iç-içə keçdiyi bu macərada heç kim planladığı kimi davranmır və “Şərqin ürəyi” hamının həyatını dəyişəcək son sürprizi hazırlayır.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.