
Tural Eldar oğlu Ağayev (Tural Baxış) Bakıda anadan olub. 1997-ci ildə Xəzər Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olunur, iki il orada təhsil aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasına qəbul olunur (1999-2003). Universitetin 2-ci kursunda oxuyarkən kurs rəhbəri Gülşad Baxşıyevanın məsləhəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərir. 4-cü kurs tələbəsi olduğu vaxtda Bakı Bələdiyyə Teatrına gəlir. Hazırda Bakı Bələdiyyə Teatrının aktyor və rejissorudur. Xarici film istehsalçılarının çəkdikləri “Enter” (2017, rejissor Kşiştov Zanussi / Polşa) filmində çəkilib. Aktyor Tural Ağayev şair Eldar Baxışın oğludur. Aktyor Tural Ağayev aktrisa Arzu Ağayevanın həyat yoldaşıdır.