
Cəmil (Pərviz Məmmədrzayev) rayonlardan birində usta çalışır. Bir gün Cəmilin keçmiş tələbə yoldaşı Mehman (Tural Ağayev) onun yaşadığı rayona gəlir. Mehman psixiatrdır və bura ezamiyyətə göndərilir. Cəmilin söhbətindən bəlli olur ki, atasının vəfatından sonra onun əli hər şeydən soyuyur, təhsilini yarımçıq qoyaraq rayona qayıdır, ailə qurur. Mehman rayona çatanda, gənc bir qızın onun düşdüyü avtobusun dalınca qaçdığını, “Arif, Arif” çağırdığını görür. Sonradan öyrənir ki, Səbinə (Həcər Ağayeva) adlı bu gənc qızın sevgilisi hərbi xidmətə gedib və cəbhə bölgəsində həlak olub. Sevgilisinin ölüm xəbərindən sarsılan Səbinə ağlını itirir, ətrafdakılara reaksiya vermir, öz dünyasında yaşayır və hər gün axşamüstü Bakıdan gələn avtobusları qarşılayaraq Arifin gəlməsini gözləyir. Mehman qərara alır ki, Səbinəni sağaltmağa cəhd göstərsin. Bunun üçün o, eksperimentə əl atır. Öyrənir ki, Səbinə sonuncu dəfə məzuniyyətə gələndə Arifi hərbçi geyimində görüb. Buna görə o, hərbi paltar geyir və Səbinənin gözlədiyi avtobusdan düşəndə qız şok keçirərək huşunu itirir. Səbinə bu şokdan sonra ya sağalacaq ya da əvvəlki kimi qalacaq...
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.