
Filmdə Yarqunat və Yarmətin güclü sevgisindən bəhs olunur. Onların sevgisi o qədər güclü idi ki, heç kim bu sevgiyə mane ola bilməzmiş. Yarqunatın atası və anası qızlarını Osmana ərə vermək istəyirmiş. Ona görə ki, həyatın bütün nemətlərini qızının ayağının altına versin. Talehsiz qız, bir gün Osmana ərə gedərmiş. Və bir anda Yarmət bu evliliyə mane olarmış. Qadının biri həyətə yaxınlaşıb, alman faşistlərinin dava başlatdığını deyir. Sonra kəndin bəzi oğlanları alman faşistlərin Azərbaycana daxil olmaması üçün səfərbər olarmış. Yarqunat heç vaxt Osmanın ona toxunmağına icazə verməz və Yarmətə olan sevgisinə sadiq qalar. Aradan 40 il ötür, Yarmət Yarqunatın qarşısına Sadir və Ləzgiyə ilə çıxır. Yarqunat bir anlıq şok keçirdib yerə yıxılır. Yarmət, Sadir, Ləzgiyə və Yarqunat ilə şam yeməyi yedikdən sonra Türkiyədəki ailəsinin yanına qayıdır. Bu hüznlü hekayənin də sonu belə bitir.
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.