
MİRSƏNAN NİCAT OĞLU KAZIMLI 1998-ci il noyabrın 19-da Bakı şəhərində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Sabah qrupları üzrə "Dram kino və teatr" fakültəsini bitirib. 2012-ci ildə Əməkdar incəsənət xadimi Bəhram Osmanovun Akademik Milli Dram Teatrında quruluş verdiyi H.Mirələmovun eyni adlı əsəri əsasında hazırlanmış "Gəncə Qapıları" tamaşasında Səlim roluna dəvət alıb və 2015-ci ilə qədər burada çalışıb. Bir çox beynəlxalq teatr festivallarında çıxış edib və diplomlar qazanıb.