Serial dini-siyasi fiqur olan Muxtar əs-Səqafinin Hüseyn ibn Əlinin qisasını almaq məqsədilə Əməvilərə qarşı qaldırdığı qiyamdan bəhs edir. Rejissor və prodüserliyini Davud Mirbağırinin etdiyi "Muxtarnamə" teleserialı uzunmüddətli əməyin məhsuludur.
İran Radio və Televiziya qurumunun "Sima Film"-ə çəktirdiyi bu serial, Hüseyn ibn Əliin qatillərindən qisas almağa çalışan Muxtar Səqəfinin həyat hekayəsini və Əməvilərə qarşı qiyamını özündə əks etdirir. 40 seriadan ibarət olan bu serialın hər seriası 50–55 dəqiqədir. Teleserialın çəkilişləri 2 il davam etmiş və büdcəsi 20 milyon ABŞ dolları təşkil edir. Serialda 100 baş və 400 köməkçi aktyorlar iştirak etmişdir. Serial yayınlanmağa başlaması ilə xüsusən Ərəb ölkələrində çox bəyənilib və çox sayda izləyici toplamağı bacarmışdır. Serialın beynəlxalq aləmdəki adı "Mokhtar nameh"-dır. Serialın hazırlanması 2010–2011-ci illərdə başa çatmışdır. Rejissor və prodüseri Davud Mirbağıri, görüntü rejissoru Azim Cavanruh, aktyorlar Fəribürz Arabnia, Rza Ruyqari və Amin Zənəqanidir.