
1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur. 2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.