
Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir. 2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb. "Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir. 2011-ci ildə vətənpərvərlik mövzusunda Gənclərin Birinci Ümumrespublika teatr festivalının qalibi olmuşdur. 2015-ci ildə "Gülüm" serialına çəkilən zaman xalq artisti Amaliya Pənahova ilə tanış olur. Həmin serialda onun oğlunu canlandırırdı. Məhz bundan sonra Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrına dəvət alır.