
Əbilov Şəhriyar İbrahim oğlu 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə məktəbi birdiyi il Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olub. Ali təhsili iə yanaşı aktyor dərnəyində fəaliyyət göstərib. 2002-ci İldə Neft şirkətinin Günəşli Neft Yatağında neftçi (operator) işləyib, 2006-cı ildə "Qəfəs" Realiti şousunda iştirak edib və qaliblərdən biri olub. Uzun müddət restoranlarda, toylarda, konsertlərdə aparıcı kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə kimi mütəmadi olaraq filmlərdə iştirak edir. 2011–2012-ci ildə 101 Anten FM radio kanalında DJ fəaliyyəti göstərib. 2012–2017-ci illərdə "Azad Azərbaycan TV" telekanalında Səhər proqramı ilə aparıcılığ fəaliyyətinə başlayıb, ardından Fort Boyard yarışmasında iştrakçı kimi iştrakçısı olub. "Böyük Səhnə", "Big Show", "Oyuncaq" kimi layihələrinin aprıcısı olub.