
Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir.