
Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.