
Lütfəli Əmir oğlu Abdullayev (9 (22) mart 1914, Nuxa – 9 dekabr 1973, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın məzəli xarakterini açmaq üçün istifadə edən aktyor.