
Leyla Rzayeva 21 aprel, 1930-cu ildə Bakıda anadan olub. Uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edən Leyla Rzayeva orta məktəbi başa vurandan sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. Burada o, Xalq artisti, rejissor Mehdi Məmmədovun sinfində təhsil alıb. Daha sonra o, Akademik Milli Dram Teatrına dəvət olunub və orada səhnə fəaliyyətinə başlayıb. Aktrisa ömrünün sonuna kimi həmin teatrda fəaliyyət göstərib. Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci il tarixində beyninə qan sızmadan vəfat edib. Dünyasını dəyişərkən Leyla Rzayevanın cəmi 40 yaşı olub.