
Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu", "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.