
Eva Dedova Qazaxıstanın Almatı şəhərində böyüyüb. Təhsilini Kadir Has Üniversitesi Radio, Televiziya və Kino və Teatr bölməsində tamamlayıb. Beşiktaş Kültür Merkezi-də (BKM) fəaliyyət göstərdikdən sonra “Çok Güzel Hareketler Bunlar” proqramında çıxış edib. Kavak Yelleri serialının son mövsümündə Öykü Akyol obrazını canlandırıb. 2013-cü ildə azərbaycanlı yazıçı və Azərbaycanın Baş nazir müavini Elçin Əfəndiyevin eyniadlı romanı əsasında çəkilən “Mahmut ile Meryem” filmində Aras Bulut İynemli ilə baş rolu paylaşıb. 2014-cü ildə Kurt Seyit ve Şura serialında Tatya obrazı ilə tamaşaçı qarşısına çıxıb. 2016-cı ildə Kanal D-də yayımlanan “Babam ve Ailesi” serialında Ece obrazını canlandırıb. 2018-ci ildə Mehmetçik Kut'ül Amare serialında Viktoriya obrazını ifa edib. 2020-ci ildə isə Netflix platformasında yayımlanan Rise of Empires: Ottoman sənədli serialında Ketrin Brankoviç obrazını canlandırıb.