
Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992–1995), ADMİU-da (2000–2004), AVANTİ kurslarında təhsil alıb (2003–2004). Azərbaycanfilm kinostudiyasında (2002–2004), Lider TV-də (2004–2005), ButaFilm-də (2005), İctimai TV-də (2005–2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.