
Aras Bulut İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verib. Əmisi qızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.