
Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb. Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s. Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır.