
1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb. A. Axundova "Ağ şəfəq", "Bazar günü bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri", "Pillələr", "İstirahət bağı", "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları ilə yanaşı, qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə etmiş, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunmuşdur. Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunmuşdur. "Sirr. Sirr. Sirr" pyesi, "Çöhrənin ifadəsi" nəsr əsəri onun qələminin məhsuludur. Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.