
Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib.