
Samir Kərimoğlu (Samir Ağakərim oğlu Kərimov) Bakıda anadan olub. 1990-cı ildə Futurologiya İnstitunun Menecment fakültəsinə daxil olub, 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb. Antalyada turizm sektorunda 6 il çalışdıqdan sonra 1999-cu ildə Azərbaycana qayıdıb. 2000-ci ildə uşaqlıq arzusu olan kino sahəsində işləmək üçün əlinə keçən ilk fürsəti dəyərləndirib və video montajçı olaraq MTM prodakşnda fəaliyyətə başlayıb. Rejissorluq fəalliyyətinə 2002-ci ildə çəkdiyi kliplə başlayıb, Beynəlxalq Audiovizual Festivalda “Music Lee” qrupuna çəkdiyi kliplə - “Ən yaxşi klip” nominasiyasında mükafat qazanıb (2003). 2007-ci ildən rejissor kimi kino sahəsində fəaliyyət göstərir.