
Samir Ələsgərov Bakı şəhərində 1972-ci ilde dünyaya gəlib. Azərbaycan Bakı Dövlət universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1999-cu ildən səhnədədir. İlk işlərindən biri Atv telekanalında yayımlanan "Həftəbecər" adlı yumoristik layihədə Səfqulu obrazi olub.