
Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilmişdir.