
Rauf Arif oğlu Şahsuvarov 16 fevral 1967-ci ildə Laçın şəhərində anadan olub. 1974–1984-cü illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakültəsinə daxil olub. 1985–1987-ci illərdə hərbi xidmətdə olub və hərbi xidməti bitirdikdən sonra 1987-ci ildən təhsilini davam edərək 1991-ci ildə aktyorluq ixtisasına yiyələnib. İnstitut müəllimi xalq artisti, kinorejissor Eldar Quliyev olmuşdur.