Həsənov Pərviz Çingiz oğlu 21 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 20 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakultəsinə daxil olub. 2006-cı ildə həmin universitetin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2005-cı illərdə Opera və Balet teatrı, Rəşid Behbudov adına Mahnı teatrı, Akademik Milli Dram Teatrlarında rejissor assistenti kimi çalışıb. 2005-ci ildə Azərbaycan televiziyasının “Səhər” redaksiyasında rejissor assistenti vəzifəsində çalışıb. 2006-cı ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Rejissor vəzifəsində işləyir. Ailəlidir. İki övladı var.