
Nurlan Xəyyam oğlu Süleymanlı İsmayıllıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino və teatr fakültəsində təhsil alıb (2013-2017). 2019-cu ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorudur. Dövlət Pantomim Teatrında da aktyor kimi fəaliyyət göstərir. Gənclər ve İdman nazirliyinin “İlin ən yaxşı gənc aktyoru” mükafatını alıb (2020).