
1973-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına onbirillik orta ixtisas musiqi məktəbində "Fortepiano" sinfidə alıb. İlk müəllimi Elmira Mustafayeva olub. 1991 – 1996-cı illərdə Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun sinfində ifaçılıq sənətinə yiyələnib. Xoreoqrafiya məkətəbinə konsertmeyster-pianoçu kimi dəvət alıb. 1998-ci ildə peşəsində köklü dəyişiklik etmək qərarı ilə Bakı Kamera Teatrında aktrisa kimi özünü sınayır. Uilyam Şekspirin "Otello" tamaşasındakı uğuru onu bu peşədə təsadüfi adam olmadığını təsdiqləyir. Sonralar Nigar Həsənzadə müxtəlif teatr festivallarında özünü sınayır. Bakıda keçirilən "Üfüq – XXI" teatr festivalından sonra, 2003-cu ildə Almaniyanın Kil şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalına dəvət alır və həmin festivalda diploma layiq görülür. Bir sıra ölkələrdə (Rusiya, Ukrayna, İran, Almaniya) Beynəlxalq Teatr festivallarında iştirak edib mükafatlar alıb. Ailəlidir – 2 övladı var.