
Nedim Saban (d. 1967, İstanbul) yəhudi əsilli türk teatr və serial aktyoru, televiziya aparıcısıdır. 1992-ci ildə İstanbulda Tiyatrokare adlı teatrı qurmuş, burada səhnələşdirilən bir çox tamaşanın prodüserliyini və rejissorluğunu etmiş, bəzilərində isə aktyor kimi rol almışdır. 1992-ci ildən etibarən 13 il boyunca əvvəl radioda, daha sonra isə müxtəlif televiziya kanallarında təqdim etdiyi, xalqın telefon vasitəsilə qatıldığı "Dr. Stress" adlı proqram çox populyar olmuşdur.