
Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Prodüserlər Gildiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin, eləcə də sənədli televiziya filmləri silsiləsinin rejissoru və aparıcısı, Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə yayımlanan "Ritmlərdəki tarix" layihəsinin aparıcısıdır.