
Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulmuş, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin il Moskvada ali rejissor təhsili almağa getmişdi. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.