
Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib. Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.