
7 sentyabr 1985-ci ildə Antalyada anadan olub. Bağrıaçık ibtidai sinif illərindən etibarən teatrla maraqlanmış və Müjdat Gezen Sənət Mərkəzində kino və teatr aktyorluğu üzrə təhsil almışdır. Anası tərəfindən gürcü əsillidir. Aktyorluq karyerasına seriallardakı rolları ilə başlayan Bağrıaçık, ilk peşəkar rolunu və böyük bir pərəstişkar kütləsi qazandığı "Sana Bir Sır Vereceğim" serialında "Meltem" obrazını canlandıraraq əldə etmişdir. Bu serialdan dərhal sonra Osman Sınavın iki il üzərində işlədiyi "Hatasız Kul Olmaz" layihəsinə daxil olmuş və uğurlu performansı ilə zirvədə qalmağa davam etmişdir. Serialın finalından sonra TRT 1 kanalında yayımlanan "Hayat Ağacı" serialına "Pelin" obrazı ilə qatılmışdır. Buradakı performansı ilə bir çox rejissor və prodüserin diqqətini çəkdikdən sonra Star TV-də yayımlanan "Serçe Sarayı" serialında "Melike" adlı vəkil obrazını canlandırmışdır. Daha sonra Kanal D-də yayımlanan "Hayat Mucizelere Gebe" serialına "Selda" obrazı ilə daxil olmuşdur. 2017-ci ilin aprel ayında "Yeni Gelin" serialına 4-cü bölümdən etibarən qoşulmuşdur.