
İbrahim Selim (d. 5 oktyabr 1979, Ankara) – türk aktyor, şoumen, dubbaj sənətçisi və aparıcıdır. 2016-cı ildə səhnələşdirilən tək nəfərlik "Bunu Ben de Yaparım" adlı tamaşadakı performansı ilə Afife Teatr Mükafatlarında "İlin Ən Uğurlu Kişi Aktyoru" mükafatını qazanmışdır. Aktyorluq karyerası ilə yanaşı, YouTube proqramları, podkast yayımları və tok-şouları ilə də tanınır. STOLK adlı YouTube proqramı ilə məşhurlaşmışdır. 2018-2022-ci illər arasında YouTube-da, 2022-2023-cü illər arasında isə FOX telekanalında yayımlanan "İbrahim Selim ilə Bu Gece" adlı tok-şou proqramının aparıcısı olmuşdur.