
Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.