Emin Mirabdullayev 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino rejissorluğu fakültəsində təhsil alıb (1986-1992). Rus Dram Teatrında quruluşçu rejissor (1992-1996), ANS Televiziyasında rejissor (1996-1998), baş prodüser (1998-2000), McCann Erickson şirkətində kreativ direktorun köməkçisi (2000-2005), Space Televiziyasında baş prodüser (2006-2006), Pro-Cent Prodüser Mərkəzində kreativ direktor (2009-2010) olaraq çalışıb. 2016-cı ildən Akademik Rus Dram Teatrının rejissorudur. “İlin ən yaxşı rejissoru” nominasiyasında “Humay” (2008), “ilin ən yaxşı klipi” nominasında “Humay” (2004), “ilin ən yaxşı klipi” nominasiyasında “Qrand” (2006), “Postskriptum” filminə görə “ən yaxşı debüt” (qısa bədii film) nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatlarına (2018) layiq görülüb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.