
Emil Quliyev 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 68 nömrəli orta məktəbi bitirib. Rusiya Federasiyası DİN-in Moskva Universitetinin hüquq fakültəsini bitirib. Polis kapitanıdır. 2011-ci ildən özünü kino sahəsində sınayan Emil "İnkoqnito" adlı ilk qısametrajlı filmini ərsəyə gətirir. 50-yə yaxın qısametrajlı, üç tammetrajlı film çəkib. Rejissorun "Ümid" filmi Tulada "Shorti" qısametrajlı filmlərin V Qran-pri müstəqil kinofestivalında və Mazandaranda VIII Beynəlxalq "Varesh International Film Festival"ında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb, həmçinin Nyu-York film festivalında ən yaxşı film və rejissor işinə görə mükafat qazanıb. Rejissorun lentə aldığı "Paradoks" filmi Nyu-Yorkda qısametrajlı filmlər festivalında ən yaxşı film diplomuna layiq görülüb. "Tula İnternational Film Festival"ında mükafat qazanıb. Bakı Film İnstitutu tərəfindən ən yaxşı operator işinə görə və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Ailə" film festivalında mükafat alıb. "Ana üçün ağla" filmi isə Nyu-York Film Festivalında mükafata layiq görülüb. 2023-cü ildə "IV müasir audiovizual baxış" mükafatına layiq görülüb