
Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır "Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib 2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu. 2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı. 2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.