
Elşən Əsgərov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan televiziyasında, “ƏSA” və Yuğ Teatrında çalışıb. “ƏSA” Teatrında “Paris partladı” tamaşasını qurub. Təxminən 7 tamaşanın rejissoru olub, 30-dək səhnə əsərində rol alıb. Müxtəlif qiraət müsabiqələrində qalib gəlib.